Faiq Kərimoğlu

Müəllifi olduğum və digər informasiyalı yazılar

Bakı “Chrystal Hall”

Bakıda Avroviziya 2012 yarışmasının keçirilməsi üçün nəzərdə tutulan idman-əyləncə kompleksidir. 10 yanvar 2012-ci il tarixində zalın çox funksional arenasının dam örtüyü tamamilə quraşdırılıb başa çatdırıldı. Dam örtüyünün çəkisi 2400 tondur, inşaat işlərində 500 nəfər çalışır. 25 yanvar 2012-ci il tarixində “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı Kristal Zalında keçiriləcəyi rəsmən təsdiqləndi. Avropa Yayım Birliyi (EBU) bu barədə açıqlama verdi. “Baku Crystall Hall” təxminən 25 min tamaşaçı tutur.

Məlumat Wikipedia şəbəkəsindən alınmışdır

Qadınların əsas fərqləri

Qadınların yaddaşları kişilərdən daha qüvvətlidir. Qadınlar illər əvvəlki detalları belə xatırlaya bilərlər. Ad günü evlilik il dönümü kimi şeyləri kişilərin xatırlamasını gözləməyin.

Qadınlar daha yaxşı ünsiyyət qurarlar. Çünki romantik zəkaları kişilərdən daha çox inkişaf etmişdir.

Məsuliyyət duyğusu qadınlarda daha çoxdur. Həm ev həyatında həm də iş həyatında bu müzakirəsiz belədir.

Sevə bilmə qabiliyyəti üçün qadınların ən üstün qabiliyyəti deyə bilərik. Bir qadın qədər içdən hansı kişi sevə bilər ki?

Qadınlar daha səbirli və xoşgörüşlüdürlər. 

  Qadınların ortalama həyat müddəti kişilərdən 15 il daha çoxdur. Kişilərin ömürləri qadınlara nəzərən qısadır, çünki futbol kimi boş işlərdə istehlak edərlər.

Qadınlar alış-satış işlərini kişilərdən daha yaxşı edərlər. Qadınlar olmasaydı iqtisadiyyat canlanmaz ticarət edilə bilməzdi.

Qadınlar kişilərə nəzərən daha enerjili və çalışqandırlar. Kişilər tez yorulub bəs edərlər.

Qadınlar kişilərə nəzərən daha sirrli və sirr doludurlar. Kişilər bəzi səhvlərinin gizli qalması üçün xüsusi səy sərf etsələr də Qadınların aydın olmamaq üçün bir səy sərf etmələrinə ehtiyac yoxdur.

Qadınlar sözləri və cümlələri kişilərdən daha yaxşı istifadə edərlər. Deyilənlərdən dərin mənalar çıxara bilmə qabiliyyətinə sahibdirlər. Kişini şair və ədəbiyyatçı edən ilham yenə qadınlar sayəsində ortaya çıxar.

“Halal” qida standartına əməl olunurmu? (araşdırma)

Ötən ilin avqust ayından “Halal” qida standartının tətbiqinə başlanıb.
  Standartın tətbiqindan  sonra paytaxt  Bakı ilə yanaşı bir çox regionlarda yerləşən restoranlara və ət məhsulları istehsal edən şitkətlərə “halal” sertifikatının verilməsinə başlanılıb. “Halal” markası adı altında bazara çıxarılan məhsullar özlüyündə islam qayda qanunlarına əməl olunmaqla əldə olunan xammaldan hazırlanan məhsulun emalı, qablaşdırmasını, lazımi satış müəssisələrinə çatdırılmasını ehtiva edir.  Hətta bu standart heyvanın kəsilməsindən əvvəl sağlamlıq tələbinə cavab verib verməməsi,  kəsimdə istifadə olunan alətlər, heyvan kəsimi yerlərinin təmizliyini də özündə birləşdirir.Paytaxt  Bakıda elə restoranlar varki, onların “qapısı bağlanmır” desək yanılmarıq.  Yəni bu restoranlara olan insan marağı həddindən artıq çoxdu. Bəs görəsən bu restoranların məhsullarının halallığını təsdiq edən sənədi varmı?  Paytaxtın bir çox yerində yerləşən “KFC” restoranlar şəbəkəsi ötən əsrin  30-cu illərində ABŞ da yaranmışdır. Hal-hazırda bütün dünyaya yayılmış şəbəkə toyuqdan hazırlanmış “fəstfud” məhsullar istehsal edir. Restoranın işçisi Emil Cavadovun sözlərinə görə, restoranın toyuq məhsulları yerli bəslənmiş toyuqlardan hazırlanır ki, bu toyuqlar da xüsusi şəraitdə saxlanılır və həm yemlənməsinə, həm də kəsilməsinə xüsusi diqqət edilir.“Bəs restorana gələn müştərilərə “halal” standartının olduğunu necə təsdiq edirsiz?”  sualına restoran işçisinin cavabı  belə oldu: “Müştərilərimizdən əgər soruşan olarsa, yemək menyularımızla yanaşı, məhsullarımızın halallığını təsdiq edən sertifikatımızın olduğunu da nəzərə çatdırmaq və göstərməyi özümüzə borc bilirik”.

Paytaxtın digər böyük restoranlar şəbəkəsi olan “MakDonalds” suallarımızı cavablandırmaqdan yan keçdi. Restoranın texniki şöbəsindən qəzetimizə bildirdilər ki, mətbuat ilə əlaqələr şöbənin müdiri məzuniyyətdədir və sualları cavablandıracaq məsul şəxs yoxdur.

Halal qida standartına nə dərəcədə əməl olunur?

Halal qida standartına nə dərəcədə əməl olunur?

Əsasən tələbələrin, məktəb şagirdlərinin üz tutduğu “Büyükfırat” restoranı adından Nurlan Hüseynov fikir bildirdi. Onun sözlərindən aydın oldu ki, bu restoranda hazırlanan bütün məhsullar xüsusi nəzərat altında kəsilən və baytarlıq idarəsinin icazə kağızı olan mal ətindən hazırlanır.

İslam qaydalarına uyğun kəsilən heyvanlar elə halal şəkildə də bişirilərək müştərilərimizə təqdim olunur. Hər kəs öz yolunu ürəyirahatlıqla bizim restorandan sala bilər deyə qeyd etdi. Oxumağa davam et

“Hər ətri bədənə vurmaq olmaz”

  Satış meneceri Vüsalə Məmmədova: “Ətirləri seçərkən zövq əsas rol oynayan amildir.Bəzi adamlar brend məhsulları almağa üstünlük verirlər. Bəziləri isə ətri qoxusuna görə seçirlər”.
Gündəlik istifadə etdiyimiz ətirlər həyatımıza qədim zamanlardan daxil olub. Belə ki, ilk ətirlər misirlilər sonradan isə farslar, yunanlar və romalılar tərəfindən hazırlanmışdır. İlkin ətirlər meyvələrdən, və onların aromatlarından alınırdı. Müasir dövrdə isə ətirlər növlərinə və çeşidliliyinə görə bir-birindən fərqlənir; elə qiymətinə görə də. Maraqlıdır, görəsən, ətirlərin qiyməti keyfiyyəti ilə üst-üstə düşürmü? Paytaxtda tanınmış ətir mağazalarından birində satış meneceri işləyən Vüsalə Məmmədova ətirlərdə keyfiyyətin önəmli məsələ olduğunu bildirdi. Onun bildirdiyinə görə, keyfiyyətli ətir həm də uzun müddət qalan ətirlər hesab olunur. Oxumağa davam et

Balakəndə xəstəlik müşahidə olunmayıb (Region xəbər)

  “Bəzi rayonlarımızda iribuynuzlu heyvanlar arasında yayılmış transfimisiya xəstəliyi Balakəndə özünü büruzə verməyib”. Bu barədə Balakən Rayon Baytarlıq İdarəsinin məsul işçisi Anar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bu prosesdə Balakənin adıçəkilən xəstəliyin virusunun yayıldığı rayonlardan uzaqda yerləşməsi, həmçinin Rayon Baytarlıq İdarəsinin gücləndirilmiş iş rejimində çalışması mühüm rol oynayıb. O həmçinin bildirib ki, rayonda yırtıcı heyvanların hücumlarına məruz qalmış ev heyvanları da nəzarətdə saxlanılır.

yazını həmçinin oxuya bilərsiz: http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=51680

 

Tarik usta ilə üz-üzə – müsahibə-reportaj

Tarik usta  Bakı şəhərində bir çox türk restoranları fəaliyyət göstərir. Bu restoranlar Azərbaycanda Türkiyənin müxtəlif bölgələrinin mətbəxini təqdim edir. Həmin restoranlar içərisində göstərdiyi xidmət səviyyəsinə və təqdim etdikləri yemək menyularına görə “Asiya Türk” restoranı fərqlənir.

  Restoranın müdiri Tarik usta bizim bu günkü suallarımızı cavablandıracaq.

Oxumağa davam et

Davranışımızla ətrafa qıcıq yaratmamaq üçün nə etməliyik?

Davranış İctimai yerlərdə davranış xüsusi əhmiyyət kəsb edən məsələlərdən biridir. Əhalinin sıx toplaşdığı yerlərdə, parklarda, istirahət bağlarında insanlarla davranış ali səviyyədə olmalıdır. Hər şey mentalitet çərçivəsinə sığmalıdır. Bəs görəsən mentalitet nədir?

Mentalitet – eyni dövr ərzində eyni cürə hərəkətləri etmək məcburiyyətini qavramaq hissi, milli mənəvi dəyərlər sistemi, milli özünü dərk deməkdir. Bəs görəsən özümüzü nə dərəcədə dərk edə bilirik? Oxumağa davam et

Milli dəyərlərimizdən olan kitabxanaların bugünki vəziyyəti necədir? (araşdırma-müsahibə)

Kitabxanalar  Tariximizi, mənəvi sərvətlərimizi qoruyub saxlayan, nəsildən-nəsilə ötürən məbədlərdən biri də kitabxanalardır. Ölkəmiz qədim dövrlərdən başlayaraq yüksək səviyyəli kitabxanaları ilə tanınmışdı. Azərbaycanda XIX əsrdə maarifçiliyin yaranması və neft sənayesinin sürətli inkişafı ölkənin bir çox sosial-iqtisadi sahələrinə təsir göstərmişdi. Xoşbəxtlikdən bu təsir kitabxanalardan da yan keçməmişdi. Sonralar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni vandalları Azərbaycananın mənəvi irsi olan kitabxanaları vəhşicəsinə yandırmış, bəzi qiymətli kitab nüsxələri isə məhv olmuşdu.

1999-cu ildə isə ”Kitabxana işi haqqında” Azərbaycan Respublikasının qanununun qüvvəyə minməsi bu sahədə olan ləngimələri aradan qaldırmışdı.

Elektron kitabxanaların istifadəsi rahat başa gəldiyindən son zamanlar maraq artıb. Müasir günün tələblərinə görə oxucu evdən çıxmadan internet vasitəsilə kitabın elektron variantını ala və oxuya bilir. Maraqlıdır, bəs görəsən elektron kitabxanalar ənənəvi kitabxanaların fəliyyətinə kölgə salırmı? Oxumağa davam et

Bir vaxtlar ölümcül sayılan xəstəliklər indi azalıb (araşdırma)

Xəstəliklər  Son zamanlar geniş yayılmış xəstəliklər minlərlə insanın həyatına son qoyur.  Lap qədimdən bir çox xəstəliklərin müalicəsi olmadığından xəstəliyə tutulan insanlar dünyasını dəyişirdi. Son zamanlar elm və texnikanın sürətli inkişafı bu kimi xəstələrə kömək olur. Əvəllər mövcud olmuş “Taun”, “Vəba”, “Vərəm”  kimi kimi xəstəliklər indiki dövrümüzdə ikinci yerə keçib, yerini isə başqa xəstəliklərə verib. Düzdü bu xəstəliklər indiki dövrümüzdə də var, ancaq bu xəstəliklərin daşıyıcısı olan insanlar digərlərinə nisbətən azdır. Maraqlıdır bəs niyə bu növ xəstəliklər dövrümüzdə ikinci plana keçir?
Oxumağa davam et

Turizm qiymətləri baş yarır (araşdırma)

turizmÖlkəmizin beynəlxalq  uğurları onundünya arenasında  tanınmasına səbəb olur

 Yay mövsümü gələndə istər-istəməz işdən uzaqlaşmaq, məzuniyyət vaxtlarımızda bir qədər istirahət etmək istəyirik. Çoxları istirahət etmək üçün xarici seçsədə heç də ölkəmizi qarış-qarış gəzənlər az deyil. Ölkəmizə gələnlər də son zamanlar çoxluq təşkil edir. Son zamanlar Azərbaycanın beynəlxalq arenada uğurları, avroviziya mötəbər musiqi yarışmasında qalib olması, və bəzi idman yarışmalarını qalibiyyəti ölkəmizin də turistlər tərəfindən tanınmasına şərait yaratmış olur. Əhalinin çox hissəsi turizm şirkətləri tərəfindən təşkil olunan turların qiymətindən gileylənir. Bəs maraqlıdır əhali daha çox haralara maraq göstərir? Qiymət nə qədərdir? Oxumağa davam et

MHMMDNVRZL

Photo is our Life and Life is not only consist of us.

KİTAB ADASI

Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır...

Aytən Mahalın blogu

ƏYRİ OTURAQ, DÜZ YAZAQ

Faiq Kərimoğlu

Müəllifi olduğum və digər informasiyalı yazılar

GüNeL Azadə

jurnalist blog

TUNZALE PASHAYEVA

Smile! You’re at the best WordPress.com site ever

Samadoglu

Həyat İnsan istəklərinə qarşı mübarizə aparır...